FAQ

Alınan məhsulun geri qaytarma səbəbindən asılı olaraq (xətalı/ yalnış göndərilmiş məhsul və ya şəxsi səbəblər) prosess dəyişir. Platformamızın geri qaytarma siyasəti ilə tanış olmaq üçün (link) keçid edə bilərsiniz.

a) Alış etdiyiniz mağaza kargomat xidməti ilə partnyordursa bu zaman sifarişinizi Kargomat şirkəti vasitəsi ilə əldə etməyi seçə bilərsiniz. Sifarişiniz çatdırıldı mesajı aldıqdan sonra, 100-dən artıq “gəl al” nöqtəsi olan kargomatlardan sifarişinizi 48 saat ərzində əldə edə bilərsiniz. (ətraflı LİNK) b) Alış etdiyiniz mağazanın yerləşdirdiyi məlumatlar arasında əməkdaşlıq etdiyi kuryer xidmətləri və onların (ölkədaxili və xarici) “gəl al” nöqtələri (ünvanları) qeyd olunur. Sifariş zamanı sizə yaxın “gəl al” nöqtəsini qeyd edərək sifarişlərinizin oraya çatdırılmasını təmin edə bilərsiniz.

a) Ləğv etdiyiniz məhsulun ödənişinin geri qaytarılması müştərisi olduğunuz bankdan asılı olaraq dəyişə bilər. Bu müddət təxminən 1 həftə -10 gün çəkə bilər. b) Qaytardığınız məhsulun pulunun geri qaytarılması prosesi aşağıdakı kimidir; • Məhsul satıcıya çatdıqdan sonra onun geri qaytarma şərtlərinə uyğunluğu ən geci 48 saat ərzində yoxlanılır. • Əgər məhsul geri qaytarma şərtlərinə cavab verirsə, müştərisi olduğunuz bankdan asılı olaraq 2-10 iş günü ərzində geri qaytarmağınız təsdiqlənəcək və pulunuz ödəniş kartınıza əks olunacaq. • Əgər məhsul geri qaytarma şərtlərinə uyğun gəlmirsə, həmin məhsul, ünvanınıza geri göndəriləcək. Qeyd: Bankınıza pul geri qaytarıldıqda qeydiyyatda olan e-poçt ünvanınıza məlumat mesajı göndəriləcək. Məbləğin kartınıza/hesabınıza əks olunması üçün tələb olunan vaxt bankınızdan asılıdır. Debet kartına edilən geri ödənişlərin hesabınızda əks olunması daha uzun vaxt tələb edir.

• Sifarişinizin statusunu "Hesabım" bölməsində "Sifarişlərim" bölməsindən yoxlayın: - Əgər sifarişiniz "Göndərildi" statusundadırsa, onu ləğv etmək mümkün deyil. Sifarişi aldıqdan sonra geri qaytara bilərsiniz. - Sifarişiniz göndərilməyə hazırlanmağa başlayıbsa (qaimə-fakturanız verilib) və ya göndərilibsə, artıq ləğv edilə bilməz. Bu halda, məhsulu aldığınız zaman onu geri qaytara bilərsiniz. - Sifarişin geri qaytarılması və ödənişin geri qaytarılması haqqında ətraflı məlumat üçün (link) keçid edə bilərsiniz

Brendlərin/mağazaların öz müştəri xidmətləri sözügedən kateqoriyalarında verilən sifarişlərin quraşdırılması və zəmanət sənədlərinin təqdim olunması prosesinə dəstək verir. Ətraflı məlumat üçün məhsulu seçdiyiniz mağazanın "çatdırılma və quraşdırma" , "zəmnət" başlıqlı məlumat keçidlərini ziyarət edə bilərsiniz.

• Sifarişinizi həmişə kuryerin və ya gəl al nöqtəsindəki əməkdaşın qarşısında açın. Paketdə məhsullar natamam və ya səhvdirsə: 1. Heç vaxt yükü qəbul etməyin. 2. Kargo şirkətinin əməkdaşından “Zərərin Qiymətləndirilməsi Hesabatı” sənədini tələb edin. 3. Məhsulu/qutunu bu hesabat və faktura ilə yenidən satıcıya geri göndərin. 4. Saytda/mobil tətbiqdə qeyd olunan rabitə kanalları vasitəsilə (Hesabım bölməsindəki "Yardım" , "Qaynar xətt" və ya "Canlı dəstək") vəziyyətlə bağlı bizimlə əlaqə saxlayın. Qeyd: Əgər siz kuryerin və ya gəl al nöqtəsindəki əməkdaşın iştirakı ilə məhsulu açmamısınızsa, vəziyyətin ətraflı izahı və bir neçə fotoşəkillə birlikdə yuxarıdakı əlaqə kanalları vasitəsilə bizə müraciətinizi göndərin. Mütəxəssis Müştəri Məsləhətçisi sorğunuzu nəzərdən keçirəcək və mümkün qədər tez sizinlə əlaqə saxlayacaq.

a) Sifarişinizi həmişə kuryerin/təmsilçinin yanında/iştirakı ilə yoxlayın. Yükün bağlamasında və ya məhsulda zədələnmə olduqda və ya bağlamaların sayı səhv olarsa: - Yükün çatdırılmasını təsdiqləyən sənədi imzaladıqdan sonra, yük üzrə məsul işçidən “Dəyərləndirmə Hesabatı” hazırlamağı tapşırın. - Məzmunu və miqdarını yoxlayaraq yükü qəbul etməmək qərarına gəlsəniz, asan qaytarma seçimi ilə sifariş ekranından geri qaytarma kodu əldə edin. - Məhsulu/qutunu bu hesabat və faktura ilə birlikdə kuryerə təhvil verin və yenidən “alibala”-ya göndərin. b) Məhsulu qəbul etdikdən sonra səlahiyyətli servis tərəfindən quraşdırılması lazım olan soyuducu, paltaryuyan və televizor kimi elektron kateqoriyalı sifarişləriniz üçün; - Paket səlahiyyətli xidmətin xəbəri olmadan açılarsa, məhsul geri qaytarılma haqqını itirəcək. - Səlahiyyətli xidmətin əməkdaşları quraşdırılma zamanı problem aşkar edərlərsə, səlahiyyətli xidmət hesabatı ilə məhsulu geri qaytara bilərsiniz. Qeyd: Bu məlumat texniki xidmətin quraşdırılması tələb olunan məhsulların qutularına daxil edilmişdir. İstifadədən sonra nasazlıq/zərərlə qarşılaşdığınız məhsulla bağlı yaşadığınız problemi satıcıya çatdırıb, problemin aradan qaldırılmasını və ya zərərin qarşılanmasını tələb edə bilərsiniz.

  • Əsas səhifə
  • Səbət
  • Kateqoriyalar
  • Bəyənilənlər
  • Profil